ABŞ Rusiyanın əsas iqtisadi forumuna qatılmaqdan imtina etdi

ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman 6-8 iyun tarixlərində keçiriləcək Peterburq Beynəlxalq İqtisadi Forumunda (PMEF)  iştirak etməyəcək.

Bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin nümayəndəsi Andrea Kalan bildirib.

Qərara səbəb kimi amerikalı investor, “Baring Vostok” investisiya fondunun sahibi Maykl Kalvinin hazırda ev həbsində olması göstərilir. 

Fotoda: Maykl Kalvi

Səfirliyin nümayəndəsinin sözlərinə görə, investorun ev həbsinə məhkum edilməsi və ona qarşı açılmış cinayət işi investisiyaların cəlb edilməsi və fəal işgüzar qarşılıqlı əlaqəni daha çox təşviq etmək üçün lazım olan sabitliyi yaratmaq cəhdlərini azaldır.

Hantsman daha öncə Kalvi həbsdə olduğu müddətdə PMEF-ə qatılmayacağını bəyan edib. Bundan əlavə, forumda böyük Amerika şirkətlərinin liderlərindən heç birinin iştirak etməyəcəyi fonunda məlumatlar yayılıb. 

Xatırladaq ki, M. Kalvi “Vostoçnıy” bankından 2,5 milyard rubl məbləğində gəliri mənimsəməkdə ittiham edilir.