İsmayıllıya qarşı: yenə şantaj yenə şər-böhtan

Son iki gündə İsmayıllı haqqında xoşagəlməz və ictimaiyyəti qıcıqlandıracaq yazı yayılmağa başladı. Həyatda bütün dəyərləri pul  və var dövlətə qurban verən və hətda insani dəyərləri belə pul müqabilində ayaqlar altına atan reket saytlar və şantajçı “jurnalist”lər.  Bir reket sayt İsmayıllıda şəhidə hörmətsizlik adı ilə yazı yazır digəri isə bu yazını götürüb daha da irəli gedərək bunu rayon rəhbərliyinin kənd camaatına təxribatı kimi qələmə alır. Bu reket saytların şantajçı “jurnalist”ləri ya savadsızlıqdan yada bilərəkdən bu cür incə duyğularla oynayırlar və bunun insanlar arasında hansı reaksiya verəcəyini düşünmürlər. Onlar bircə şey düşünürlər nə yazıbda şantaj edib 5-10 manat qopara bilərik. Yazı internetdə təsadüfən rastıma çıxdı oxudum İsmayıllı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektoru ilə əlaqə saxladım. İcra Hakimiyyətinin məsul şəxsi belə bir şey olmadığını, şəhidin məzarı deformasiyaya uğradığından təmir işləri aparılır və İcra Hakimiyyətidə bu məsələni ən qısa zamanda yekunlaşdırılması üçün nəzarətə götütüb. Daha sonra adı çəkilən kənd və kənd camaatı ilə əlaqə saxlamaq üçün İsmayıllıda olan bir tanışımdan həmin kəndə gedib mənə bir məlumat almasını xahiş etdim. Dostum kəndə gedib və kənd camaatı ilə etdiyi söhbətdən belə məlum olub ki kənd camaatının bu yazılardan ümumiyyətlə heç xəbərləri yoxdur.  Kənd camaatı rayon rəhbərliyinin fəaliyyətindən daim razı qaldıqlarını bildiriblər.

Belə məlum olur ki, bu reket saytların şantajçı “jurnalist”ləri istənilən varianta əl atırlar təki pul çıxsın amma o pulu necə yeyirlər? Bunu onların özlərindən sörüşmaq lazımdır.

Vahid Xəlilov,

Veteran Jurnalist