Leyla Əliyeva xəstəxanada uşaqlara baş çəkdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub.

Leyla Əliyeva burada müalicə alan uşaqlarla görüşüb, onlarla söhbət edib.

Tibbi heyətlə görüşən Leyla Əliyeva uşaqların müalicəsinin gedişi və müəssisədə yaradılmış şəraitlə tanış olub.