Prosineçki Şehiçə şans verdi

“Qarabağ”ın qapıçısı İbrahim Şehiçin şərəfini qoruduğu Bosniya və Herseqovina millisi növbəti oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi komanda ABŞ-da təlim-məşq toplanışı çərçivəsində Meksika yığması ilə qarşılaşıb.

Görüş Meksikanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 65-ci dəqiqədə Uqo Ayala vurub.

Şehiç birinci hissədə meydanda olub. O, 46-cı dəqiqədə Kenan Piriçlə əvəzlənib.