Mənəvi tör-töküntülər yenə üsyan eşqinə düşüblər

“Azerinfo.az” saytında jurnalist adı ilə goreşənlik edənlər əsil ayı xislətlərini yenidən ortaya qoyublar. Ayı yemək istədiyi nəyi isə torpağa basdırır, iylədir, sonra yeyir. Adı qalmış sayt da əvvəllər rəzil məqsədlər üçün istifadə etdiyi yazıya görə cavab verməli olacağını dərk edərək onu səhifəsindən götürmüş, lakin “qara gün” üçün saxlamışdı. “Azerinfo.az”-çıların “İsmayıllıda üsyan yenidən təkrarlana bilər... – şok faktlar” başlıqlı cəfəngiyyatı dövriyyəyə buraxmaqda nə məqsəd güdür?

Şər, böhtan yuvası olan “Azerinfo.az”dakılardan fərqli olaraq mən İsmayıllını yaxşı tanıyıram. Gedən proseslərlə mən yaxından tanışam. Yazıda qeyd olunanların heç bir əsası yoxdur. İsmayıllı və İsmayıllı sakinləri dövlət mövqeyindədir. Hərə öz işi ilə məşğuldur. Kənar səslərə baxmayaraq rayonun karvanı dayanmadan gedir. Bu yolda ortaya çıxan mənəvi tör-töküntülər əsla bizə mane ola bilməzlər.

Orduxanlar xaricə də qaçıblar, daxildə də qlaflanıblar. Şəri-böhtanı Amerikadan dedin, ya da ölkənin paytaxtından, fərqi yoxdur. Hər iki hal düşmən mövqeyidir. Azərbaycan, onun inkişafı, yüksəlişi, dövlətçiliyi əleyhinədir. Bütün bunlar nə qanun, nə də Tanrı tərəfindən bağışlanan hal deyil.

Bildiyimiz kimi qarşıdan Prezident seçkiləri gəlir. Prezident seçkiləri ərəfəsində insanları qıcıqlandıra biləcək o cür başlıqla şər-böhtan yazan jurnalist yazdıqlarının məsuliyyətini anlayırmı?  Düşünürəm ki, öz çirkin məqsədləri (özü bilir hansı məqsədlər nəzərdə tutulur) üçün elə başlıqla o cür şər-böhtan yazaraq kimləri isə şantaj etmək istəyən  ”jurnalist”  məsuliyyətini də unudur, mədəniyyətini də, insanlığını da.

Hər kəs yaxşı olar ki, aşağıdakı sualı özünə versin: “Yel qayadan nə aparar?”

Çox heyif ki, mənəvi tör-töküntülər yenə üsyan eşqinə düşüblər. Bu onların yaz xəyalıdır. Əsla keçərli deyil.

Əsil kişilər xəyanətkarlardan fərqli olaraq işlə məşğuldurlar. Allah onlara yar olsun.

Vahid Xəlilov