Söz tapmayıb, indi də seyidlərə sataşdılar

Bəzi KİV-lərdə və sosial şəbəkələrdə kimlərinsə tapşırığı ilə həyatda yaxşı nə varsa onu qara rəngə boyamağa  çalışanlar,  son vaxtlar daha da çirkinləşərək həyasızcasına milli ayrı-seçkiliyə yol açan, xalqın dini inanclarına toxunan  yazılar yazmaqla insanların  qəzəbinə gəlirlər.  Bu  yazılara ilk qəzəbini bildirənlər isə  ölkənin ictimai-siyasi  həyatında həmişə aktiv olan lahıc sakinləri oldu. 

Facebok.com sosial şəbəkəsində LAHİC VE LAHİCLİLAR qrupunda 4 fevral 2017-ci il tarixdə gedən yazını olduğu kimi sizlərə təqdim edirik.

Əziz izləyicilərimiz! Bu yaxınlarda “İsmayıllı həqiqətləri” səhifəsində bir yazı getmişdi. Onu təsadüfən oxuyanda qanimız damarlarımızda dondu. Elçin İsmayıllı “Mir” sözünü araya qoyur. Lahıcda yaşayan bir-iki nəfər də-Ziya və Nazim Şirinov qardaşları ona hay verdilər. Onları başa düşmək olar. Çünki savadsız adamlardırlar. Bu sözün mənasını həqiqətən bilmirlər. Seyid sözünün müsəlman aləmində necə müqəddəs olduğunu bilmirlər. Ancaq onların böyükləri olsaydı, onlara lap sərt dildə deyərdilər, başa salardılar ki, ay Ziya və Nazim, axı sizin nəsliniz də seyid nəslidir.Başqaları deyəndə də siz buna etiraz etməlisiniz. Bunların məramını bildik. Savadsızlıq pis şeydir. adamın başına nə desən gətirər. Bəs Elçin İsmayıllı necə. O da başa düşmür.Axı biz bildiyimizə görə o, ali təhsillidir. O, institutda necə təhsil alıb? Vikipediada seyidlər haqqında belə yazılıb:

Seyid (seyyid) (ərəbcə: سيد‎) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Müsəlman dünyasında Məhəmmədin nəslindən olub onun nəvəsi Hüseynlə bağlı adamların fəxri təxəllüsüdür. Şəriflərlə birlikdə seyidlər müsəlman cəmiyyətinin sosial strukturunda möhtərəm təbəqələrdən birini təşkil etmiş, dindarlar arasında böyük nüfuza malik olmuşlar və indi də qismən belə bir nüfuz sahibidirlər. İranda Seyyid mənşəli ailələr Mir ya da Mirzə olaraq da xatırlanar. Şərqin bir çox ölkələrində seyid termini öz xüsusi mənasını itirmişdir və sadəcə olaraq "cənab" kimi işlədilir. Cənubi Asiyada milyonlarla insan Haşimi enişini iddia edir. Son təxminlər Cənubi Asiyada on beş milyon Seyyid  olduğunu göstərir; səkkiz milyon Pakistanda, yeddi milyon Hindistanda, bir milyondan çox Banqladeş və yetmiş min ətrafında Nepalda.

Ay Elçin İsmayıllı bir oxu da. Sənin apardığın bu mübarizə yol deyil. Belə mübarizə aparmazlar. Savadsızlıq sizin canınıza elə hopub ki, ağına-bozuna baxmadan kimlərəsə ləkə yaxmaq üçün cürbəcür hədyanlar yazırsan. Deyirsən ki, MirElçin, MirSəməd, Mirİsmayıllı nə bilim daha nələr. Sən bilmirsən ki, bu adı xalq verir və əsrlər boyu formalaşıb. xalqın milli-mənəvi dəyərlərinə toxunmaq cinayətdir. Lahıcda ocaqlar var. Bunu Ziya və Nazim bilməmiş olmazlar. Adamların bir problemi olanda bu ocaqlara üz tuturlar.

Belə ocaqlardan biri də Mir Məmmədəmin ocağıdır ki, bu ocağın nümayəndəsi bu gün Mirdamət müəllimdir. Lahıclıların böyük əksəriyyətinin və İsmayıllınin bir çox adamlarının daimi ziyarətgah yeri, imdad yeri bu ocaq olub. Keçən il rəhmətə getmiş Seyid Zəhranı kim ziyarət etməyib? Biz lahıclı olmayan çox adamlar tanıyırıq ki, onlar Seyid Zəhraya görə Lahıca gəliblər. Seyid Zəhra Mirdamət müəllimin bibisidir. Mirdamət müəllimin ata nənəsi Seyid Gülsüm çoxdan ölməyinə baxmayaraq, indi də hörmətlə yad olunur. Hələ sovet dönəmində-ateizmin tüğyan etdiyi vaxtlarda hamı onlara Mir Sadıq, Mir Damət, Seyid Gülsüm, Seyid Zəhra deyirdi. Özü də çox müqəddəs ocaqdır bu ocaq.

Yəqin Hacıhətəmlidə seyid olmayıb. Ona görə sən bunları bilməzsən. Elçin özünə mənəviyyatsız adamlardan həmfikir tapmağa çalışma.Özün də mənəviyyatını zənginləşdir.

Bir az bundan əvvəl yazmışdın ki, Mirdamət müəllim rayona gələnə qədər lahıclılar əyinlərinə şalvar tapmırdılar geyinməyə. Sənin bu nadan sözlərin də Ziya kimilərinə heç bir təsir etməmişdi. Çünki onlar indi də şalvarsızdırlar.Lahıclılara çox sataşırsan. Sənin belə hüququn yoxdur. Lahıclılar əsrlər boyu bu rayonun sayılan adamları olublar. Sən Lahıc milyoner və xeyriyyəçiləri Hacı Cahanbaxş, Hacı Dadaş Haqverdiyev, Hacı Molla Hüseyn, Hacı Qurban və bir çoxları haqqında oxu , savadını artır. Sənin savadın jurnalistlik üçün yetərli deyil.Böyük alim Hacı Seyid Əşrəf Ağa, Ağa Mir Abbas, Molla Momim , Seyid Mir Məmmədəmin və onlarca başqaları haqqında yaxşı məlumatlar var. Onları oxu.Sən elə bilirsən ki, bir kamera və diktofon hər şey deməkdir? Gəl özünə qiymət qoy. Biz sənə çox şeylər deyə bilərik. Amma demirik. Bir öz soykökünüzü araşdırın. Görün siz kimsiniz? Bir cür ibarəli sözlərlə xalqı aldatmaq istəyirsiniz. Onsuz da xalq hər şeyi görür və qiymət verir.

Mirdamət müəllim bizim üçün böyük dövlət xadimi, körkəmli alim və müqəddəs adamdır.Bunu qulaqlarında sırğa elə.

Redaksiyadan:  Hörmətli lahıclılar, tək İsmayıllılar yox, bütün azərbaycanlılar Lahıc və lahıclılar haqqında kifayət qədər məlumatlıdırlar. Hər kəs Lahıcın yetişdirdiyi elm adamlarını, dövlət xadimlərini, sənət-mədəniyyət xadimlərini yaxşı tanıyır, onların Azərbaycana, dövlətə xidmətlərini yaxşı bilirlər. Bunların əksini isə yalnız nadanlar deyə bilər. İkinci bir məsələ: Müsəlman dünyasında hər zaman seyid adı müqəddəs ad kimi qəbul olunub. Bu adı məsxərəyə qoymaq üçün isə sadəcə bizə xas olmayan millətin nümayəndəsi olmaq lazımdır.

XEBERTV.COM