Qədim Lahıcda yeni sevinc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lahıc qəsəbəsinə qaz çəkilməsi, 400 yerlik məktəb binasının tikilməsi və Dəmirçi-Lahıc yolunun çəkilməsi haqqında Sərəncam vermiş tarixçilər şahidi bu qədim diyarın sakinlərinə yeni sevinc, yeni həyat bəxş edib. Bu münasibətlə qəsəbə tam orta məktəb qarşısında keçirilən təntənəli ritinqi Əməkdar müəllim Hikmət Haqverdili açıb. Dövlət qulluğunun veteranı Valeh Salehov, qocaman həkim Sədrəddin İsgəndərov, 9 saylı yol-istismar idarəsinin rəisi Məhəmməd Musayev, qəsəbənin yaşlı sakini, pensiyaçı müəllim Əbülfəz Həşimov, rayon təhsil şöbəsinin müdiri Rahim Baxışov, Lahıc qəsəbə İİD-in nümayəndəsi Fikrət Haqverdiyev, qaz istismarı sahəsinin rəisi Səhrab Səfərov, iş adamı Yusif Kamilov çıxış ediblər.
   Çıxış edənlər bir yaşayış məntəqəsi ilə əlaqədar üç təyinat qəbul edilməsini tarixi hadisə adlandırıblar. Möhtərəm Prezidentə insan həyatına, təhsilin inkişafına, milli-mənəvi, tarixi, mədəni, dini dəyərlərin cəmləşdiyi Lahıca verdiyi yüksək qiymətə görə minnətdarlığını bildirib. 
   Lənkəran əhalisinin sonuncu tətilindən sonra Prezident İlham Əliyevə müraciəti qəbul edilib.