Türkiyədə 53 nəfərin qatilinə hökm oxundu

2013-cü ildə Türkiyənin Reyhanlı şəhərində 53 nəfərin ölümü ilə nəticələnən teraktın təşkilatçılarından biri olan Yusuf Nazikə hökm oxunub.

Ankara 9-cu Ağır Cəza Məhkəməsinin qərarına əsasən o, 53 il müddətinə azadlıqdan məhrum edilib.

Y. Nazik hadisədən sonra bir neçə il Suriyada gizlənib. O, 2018-ci ilin sentyabrında Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları tərəfindən saxlanılaraq Ankaraya gətirilib.

Xatırladaq ki, “Reyhanlı” terror aktı nəticəsində 5-i uşaq olmaqla 53 nəfər ölüb, 155 nəfər xəsarət alıb.