Suriyaya raket zərbələri endirilib, uşaqlar ölüb

Suriyalı döyüşçülərin son iki gündə yaşayış məntəqələrini atəşə tutması nəticəsində qadınlar və uşaqlar tələf olub.

Bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri Viktor Kupçişin məlumat verib. Şənbə günü döyüşçülər Skalbiya şəhərinə 3 raket zərbəsi endiriblər. Onlardan ikisi yaşayış evinə düşüb. Nəticədə bir qadın, iki azyaşlı ölüb.

Digər raket isə kilsə yaxınlığına düşüb və 5 uşaq dünyasını dəyişib. Bu gün endirilən zərbələr nəticəsində isə bir nəfər ölüb, digəri ağır yaralanıb.