Meksikada təyyarə qəzaya düşdü, ölənlər var

Meksikanın Kintana-Roo ştatında “Cessna” markalı yüngül təyyarə qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində iki nəfər olub və hər ikisi dünyasını dəyişib.

İlkin məlumata görə, qəzaya uçuş zamanı meydana gələn nasazlıq səbəb olub. 

Prokurorluq hadisənin baş vermə şəraitini araşdırır.