Sanksiyaların müddətini 1 il də uzatdı

ABŞ prezidenti Donald Tramp Yəmənə qarşı sanksiyaların müddətini bir il də uzadıb.

Bu haqda ABŞ liderinin konqresə ünvanladığı bildirişində deyilir.

“Yəmənin bəzi keçmiş hökumət üzvlərinin siyasəti Yəmənin sülh, təhlükəsizlik və sabitliyinə təhlükə yaradır. Həmçinin, onlar siyasi proseslərə və 2011-ci il noyabrın 23-də Yəmən hakimiyyəti ilə müxalifət arasında imzalanan sülh anlaşmasının həyata keçirilməsinə mane olurlar” - sənəddə qeyd edilib. 

Qeyd edək ki, ABŞ-ın Yəmənə qarşı sanksiyaları 2012-ci ildən qüvvədədir.