Əri tərəfindən ticarət mərkəzində bıçaqlanan qadın öldü

Sumqayıtda 11 gün əvvəl əri tərəfindən bıçaqlanan 47 yaşlı qadın ölüb.

şəhərin ticarət mərkəzlərinin birində baş verən bıçaqlanma hadisəsi zamanı ağır xəsarətlər alan 1972-ci il təvəllüdlü Əmənova Gülnaz Saməddin qızı həkimlərin səylərinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, hadisə mayın 3-də olub. Ailə münaqişəsi zəmnində baş verən hadisə zamanı ər əvvəlcə arvadını, daha sonra özünü bıçaqlayıb.