Maduronun tərəfdarları ABŞ-da səfirliyin binasını ələ keçirdilər

Venesuela Prezidenti Nikolas Maduronun tərəfdarları bu ölkənin ABŞ-dakı səfirliyinin binasını ələ keçiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları zəncirlərlə bağlanmış kompleksi mühasirəyə alıblar.

Polislərin bir qismi diplomatik nümayəndəliyin binasına daxil olaraq aktivistlərlə, xüsusilə Mülki Ədliyyə Tərəfdaşlığı Fondunun vəkillərindən biri olan Mara Verheyden-Hilliard ilə danışıq aparıblar. Beş dəqiqə davam edən müzakirədən sonra onlar binanı tərk ediblər.

Venesuela hökuməti Amerika polisinin səfirliyə daxil olmasını beynəlxalq hüququn pozulması kimi təsvir edib.

Xatırladaq ki, bütün Venesuela diplomatları bu ilin aprelində ABŞ-dan ayrılıb.