Rusiyada çayda boğulan azərbaycanlının meyiti tapılıb

Başqırdıstanın paytaxtı Ufada Ağ çayda boğulan Azərbaycan vətəndaşının meyiti tapılıb. Bu barədə Başqırdıstanın Azərbaycandakı diasporunun sədri Mirzə Dadaşov məlumat verib.

Sədrin sözlərinə görə, Şamaxı rayonundan olan 1995-ci il təvəllüdlü Məmmədov Elşən Nuhməmməd oğlu mayın 11-də çayda boğularaq ölüb. 

Onun meyiti mayın 12-də tapılıb, hazırda morqdadır.

E. Məmmədovun cənazəsi ailəsinə təhvil verilməsi üçün mayın 16-da Azərbaycana göndəriləcək.

M. Dadaşov mərhumun subay olduğunu, ötən il Ufaya işləmək üçün getdiyini sözlərinə əlavə edib.