Sabiq mədəniyyət naziri vəfat etdi

Ukraynanın sabiq mədəniyyət naziri Yuri Boqutski dünyasını dəyişib.

Eks-nazir yazın əvvəlindəı əməliyyat olunduqdan sonra komaya düşüb. O, bu gün 67 yaşında vəfat edib. 

Qeyd edək ki, Y. Boqutski 1999-2007-ci illərdə mədəniyyət naziri postunda olub. O, 2014-cü ildə hazırkı Prezident Petro Poroşenkonun mədəniyyət üzrə müşaviri təyin edilib.