Hələbdə qaçqınlar düşərgəsi atəşə tutuldu, ölənlər var

Suriyanın Hələb şəhərində döyüşçülər qaçqınların məskunlaşdığı düşərgəni atəşə tutub.

Nəticədə 6 nəfər dünyasını dəyişib. Neyrab şəhərindən qaçqın düşənlərin məskunlaşdığı ərazi paytaxt Dəməşqdən 360 kilometr məsafədə yerləşir.

Döyüşçülər düşərgəyə əsasən raket zərbələri endiriblər.