Bakıda yanğında 1 yaşlı uşaq öldü

Bu gün Bakının Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli ev yanıb.

Yanğın zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızı ölüb.

Daha bir nəfər isə xəsarət alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.