Zelenski 15 qubernatoru işdən qovdu

Ukrayna Prezidenti Vladimir Zelenski regional dövlət idarələrinin 15 rəhbərini istefaya göndərib.

Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka brifinqdə bildirib.

Onun sözlərinə görə, Çerniqov, Xmelnitski, Hersonsk, Ternopol, Sumsk, Poltava, Odessa, Nikolayevsk, Lvov, Kirovoqrad, Kiyev, İvano-Frankovsk, Zaporojsk, Zakarpat və Volınskinin qubernatorları vəzifələrindən azad edilib.