Peterburqda azərbaycanlı tələbə boğulub, axtarılır

İyunun 11-də Sankt-Peterburqun Vasilyevski adasının axar hissəsində gənc oğlan boğulub.

Onun azərbaycanlı tələbə olduğu bildirilir. 

Lakin itkin düşmüş şəxsin vətəndaşlığı və sosial vəziyyəti haqqında rəsmi məlumatlar verilməyib.

Gəncin tapılması istiqamətində saatlardır axtarışlar aparılsa da, hələ ki, nəticə yoxdur.