15 yaşlı Röya Nyu-Yorkda qızıl medal qazandı

15 yaşlı azərbaycanlı qız Nyu-Yorkda keçirilən rəsm müsabiqəsinin qalibi olub.

“Zəngi” Liseyinin 10-cu sinif sagirdi və “Günxan art studio”sunun tələbəsi olan Röya Novruzova “State University of Oswego”da keçirilən “Genius” Olimpiadasının iştirakçılarından olub.

Belə ki, 76 ölkədən qatılmış 789 iştirakçı arasından Art Category üzrə 1-ci yeri qazanan Röya qızıl medalla teltif olunub.