Vaşinqtonu su basdı

ABŞ-ın şimal-şərqində əlverişsiz hava şəraiti səbəbindən paytaxt Vaşinqtonda metro və dəmir yolu nəqliyyatı ciddi çətinliklərlə üzləşib.

şəhərdən cənub istiqamətində işləyən bütün qatar reysləri leysan yağış və daşqınlar səbəbindən ləğv olunub. Metronun bəzi stansiyalarına yağış suyunun axmasını əks etdirən videolar sosial şəbəkələrdə yayılıb.

Paytaxtın bir çox mərkəzi küçələri ilə yanaşı, Ağ Evin də bir hissəsi leysan yağışlardan zərər görüb.