“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” - Donald Tusk

“Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

O qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır: “Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir”.