Goranboyda qayınata gəlinini öldürdü

Goranboyda qətl hadisəsi baş verib. 

Hadisə günorta saatlarında qeydə alınıb.

Belə ki, qayınata gəlinini bıçaqlayaraq öldürüb. Qətlin təfərrüatı hələlik tam məlum olmasa da, hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.

***

Goranboyda 1943-cü il təvəllüdlü İsgəndərov Qasım İlyas oğlu gəlini, 1980-ci il təvəllüdlü Məmmədova Samirə Alim qızını öldürüb.

Qətli törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.