Prezidentdən Xalq artisti ilə bağlı - Sərəncam

Prezident İlham Əliyev Mərahim Fərzəlibəyovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

M. Fərzəlibəyov Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, rejissor Mərahim Fərzəlibəyov 28 oktyabr 2000-ci ildə Xalq artisti fəxri adı ilə təltif edilib.