Kriminal avtoritetin evi satışa çıxarıldı - Həmin evdə güllələnmişdi

Rusiyanın Yekaterinburq şəhərində vaxtı ilə “Sentrovıye” («Центровые») cinayətkar qruplaşmasının liderlərindən birinə - Mixail Kuçinə məxsus ev satışa çıxarılıb. Bu barədə “Ura.ru” saytı xəbər verib.

Obyekt haqda məlumat, foto və video daşınmaz əmlak bazası olan “Cian.ru” saytında yerləşdirilib. Üçmərtəbəli tikilinin ümumi sahəsi 311 kv.m təşkil edir. O, Yuqo-Zapadnıy mikrorayonunun Volqoqrad küçəsində yerləşir. Obyektin qiyməti 7,5 milyon rubldur

Qeyd edək ki, Kuçin məhz bu evdə 1994-cü ildə güllələnib.