Prezident Kamal Abdullaya da medal verdi

Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı Kamal Abdulla da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, bir neçə gündür ölkənin tanınmış ictimai xadimləri və siyasətçilər yubiley medalı ilə mükafatlandırılır.