Poroşenko sorğuya çağırıldı

Ukraynanın Dövlət İstintaq Bürosu sabiq Prezident Petro Poroşenkonu 17 iyulda sorğuya çağırıb.

Siyasətçinin hansı istintaq çərçivəsində dindiriləcəyi barədə məlumat verilmir. 

Qeyd edək ki, hazırda büro Poroşenkonun dövlətə xəyanət də daxil olmaqla fiqurantı olduğu 8 cinayət hadisəsi ilə bağlı araşdırma aparır.