Keçmiş Prezident həbs ediləcək

Ekvadorun keçmiş prezidenti Rafael Correanın həbs ilə bağlı qərar verilib. Hakim Daniella Camacho baş prokuror Diana Salazarın apardığı “2012-2016 rüşvətləri” araşdırması çərçivəsində eks-ölkə başçısının həbs tələbini təsdiq edib. 

Camacho mətbuata açıqlamasında hazırda Belçikada olan Correa və 3 keçmiş məmurun tutulması barədə “İnterpol”a da müraciət olunacağını deyib. Həmçinin, cinayət işində adı hallanan 20 nəfərin Ekvadordan çıxışına qadağa qoyulub. 

Qeyd edək, R. Correa 2007-2017-ci illərdə Prezident olub.