Qaradağda 1 gündə 2 piyada qəzada öldü

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza avqustun 8-də, saat 14 radələrində qeydə alınıb.

Neftçala rayon sakini Ə.Kərimov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini Novruz Novruzovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

***

Digər qəza də avqustun 8-i, saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb. 

Bakı şəhər sakini E.Cəbrayılov idarə etdiyi “Toyota” markalı avtomobili idarə edərkən yolu keçən 45-50 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.