Bakıda avtomobil restorana çırpıldı

Bakıda idarəetməni itirən avtomobil restorana çırpılıb.

Hadisə Bakının Yasamal rayonunda yerləşən “Ali Usta” restoranının qarşısında qeydə alınıb.

Belə ki, yolun kənarında avtomobilini park etmək istəyən sürücü idarəetməni itirərək yaxınlıqda fəaliyyət göstərən restorana girib.