Bərdə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza avqustun 8-də saat 12 radələrində qeydə alınıb.
E.Rəhimovun idarə etdiyi “Opel” və Ə.Kərimovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.
Nəticədə Ə.Kərimov, sərnişinləri D.Hüseynova və Yunis Həmidov xəstəxanaya yerləşdirilib. Y.Həmidov orada ölüb.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.