Myanmada torpaq sürüşməsi 15 can aldı

Myanmanın cənub-şərqində Mon ştatının Paunq qəsəbəsində torpaq sürüşməsi olub.

Nəticədə 15 nəfər ölüb. Sürüşmə zamanı 10 ev torpaq altında qalıb. 28 nəfərin həyatını xilas etmək mümkün olub. Axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı istisna olunmur. 

Qeyd edək son 2 gündə torpaq sürüşməsi səbəbindən 12 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.