Şəmkirdə maşınla piyadanı vurub öldürdü

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Yeni Həyat kəndinə gedən yolda qeydə alınıb. Hərəkətdə olan “Vaz” markalı avtomobil piyada - Yeni həyat kənd sakini, təxminən 60 yaşlarında olan Hüseyn adlı kişini vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.