London işıqsız qaldı - 10 min nəfər zərər çəkdi

Londonun əksər rayonlarına və Midlendə elektrik enerjisinin verilişi dayandırılıb.

Qeyd edilən ərazilərin elektrik şəbəkəsində problem yarandığından işıqlar söndürülüb. Enerji verilişinin dayandırılması zamanı 10 minədək insan zərər çəkib.

Mühəndislər tezliklə problemin aradan qaldırılacağını vəd ediblər.