Lüksemburqu tornado vurdu - Yaralılar var

Belçika ilə sərhəddə yerləşən Lüksemburqu tornado vurub.

Başaraj və Petanj yaşayış məskənlərində əsən qasırğa binalarda ciddi fəsadlara yol açıb. Azı 7 nəfər yaralanıb. Bir sıra fərdi yaşayış evləri və supermarketlərə ziyan dəyib.

Qasırğa 100-dən çox evin damını uçurub.