Ata qəzadan sağ çıxan qızını döyüb xəstəxanalıq etdi

Qəzadan xəsarət almadan xilas olan 16 yaşlı qız atası tərəfindən döyülərək xəstəxanalıq olub.

Hadisə Türkiyənin Bursa şəhərində baş verib.

Belə ki, yeniyetmə qız motosikletlə avtomobilə çırpılıb. Ekin D. adlı qız qəzadan burnu qanamadan xilas olsa da, hadisə yerinə gələn atası Metin D. tərəfindən döyülüb.

Qız aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.