“O çox dərrakəli oğlandır”

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ Evə dəvət olunacağını bəyan edib. O, səbrsizliklə Zelenski ilə görüşünü gözləyir.

“O çox dərrakəli oğlandır. Düşünürəm, o çox tez gələcək”, - deyə Tramp qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl jurnalistlərə açıqlama verən Zelenski Trampla görüşünün sentyabrda keçiriləcəyini demişdi. İki ölkə liderlərinin danışıqları Vaşinqtonda baş tutacağı planlaşdırılır