Açinskdə fövqəladə vəziyyət elan edildi

Rusiyanın Krasnodar əyalətinin Açinsk şəhərində növbəti dəfə hərbi bazada partlayışlar olub.

Polis əhalini təhlükə zonasından köçürməyə başlayıb. Partlayışlar nəticəsində yaralananların sayı 8 nəfərə çatıb. Şahidlər hadisə yerindən videolar paylaşıblar.

Xatırladaq ki, avqustun 5-də hərbi bazada partlayış nəticəsində bir nəfər ölmüşdü. Partlayışa səbəb kimi insan faktoru göstərilmişdi. Şəhərdə fövqəladə vəziyyət elan olunmuş, bir neçə gün sonra bu rejim ləğv edilmişdi. Ancaq bugünkü partlayışlardan sonra yenidən insanların təxliyyəsinə başlanılıb.

**

Krasnodar diyarının Açinsk rayonunda partlayışlarla əlaqədar regional səviyyədə fövqəladə vəziyyət elan edilib.

Bu barədə Açinsk rayon hakimiyyəti qərar qəbul edib. Qərarın hərbi bazada partlayışın təkrarlanmasından sonra verildiyi qeyd edilir.  

Yaralıların sayı 9-a çatıb.