İşdən çıxarıldı, müdirini bıçaqladı - Rusiyada

Rusiyanın Stavropol şəhərində yaşlı kişi keçmiş müdirini bıçaqlayıb.  

Insident “Stavropol İK” kompaniyasının ofisində yaşanıb. Buna səbəb 63 yaşlı kişinin işdən azad edilməsi olub. Bir il yarım əvvəl işini itirən şəxs bu ilin iyulunda keçmiş müdirinə hücum edib.  

Nəzarət kameralarının qeydə aldığı görüntülərdən açıq-aydın görünür ki, əlində soyuq silah olan yaşlı kişi keçmiş müdirinin otağına daxil olur və ona orada xəsarət yetirir.

Dörd bıçaq yarası alan müdir dərhal xəstəxanaya yerləşdirilib. Tibb işçiləri onun həyatını xilas edə bilib.

Cinayətkar saxlanılıb. Müstəntiqlər nəzarət kameralarının qeydə aldığı görüntüləri sübut kimi götürüb. Qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.