Sevgilisi idarəetməni itirdi, futbolçu vəfat etdi - İspaniyada

Malyorka adasında (İspaniya) baş verən yol-nəqliyyat hadisəsində ağır yaralanan 19 yaşlı ispaniyalı xanım futbolçu Alba Esteban Frau dünyasını dəyişib. Bu barədə Kral İspan Futbol Federasiyasının (RFEF) Tvitter hesabında məlumat verilib.  

Hadisəyə səbəb digər nəqliyyat vasitəsinin Albanın sevgilisi ilə əyləşdiyi motosikletə çırpılması olub. Sükan arxasında əyləşən oğlan idarəetməni itirib və motosiklet divara çırpılıb. Hadisə nəticəsində ağır yaralanan futbolçu bir sutkadan sonra vəfat edib.