Dörd gün 2 qayanın arasında qaldı

Kambocada iki qayanın arasında qalan 28 yaşlı Sum Bora xilas edilib.

Ailəsi tərəfindən axtarışa verilən Sum 4 gün sonra mağarada tapılıb. 

Onu 200 nəfərdən ibarət xilasetmə qüvvəsi 10 saat ərzində azad edə bilib. Ac və susuz qalan Bora xəstəxanaya aparılıb. 

Prezident Hun Sen isə Sumun əzminə görə ona 2 min 500 dollar pul hədiyyə edib.