Hindistanda avtobus çaya aşdı - Azı 49 şagird yaralandı

Hindistanda məktəbə məxsus avtobus çaya aşıb.

Hadisə ölkənin Maxaraştra ştatında qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində azı 49 şagird yaralanıb. Onlar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.