Yunanıstanda meşələr yanır - 8 yaralı

Yunanıstanın Əyriboğaz adasında başlayan meşə yanğınları hələ də davam edir. 

Güclü külək və isti havalar yanğının yayılmasına səbəb olub. Təbii fəlakət nəticəsində 8 nəfərin yüngül xəsarət aldığı, təhlükəsizlik baxımından 4 kəndin evakuasiya edildiyi qeyd olunur.

Bildirilir ki, yanğının söndürülməsinə 1000 yanğınsöndürən, könüllülər və əsgərlər cəlb edilib.

Yaşanan fövqəladə hadisə ilə əlaqədar ölkənin Baş Naziri Kiriakos Mitsotakis Krit adasında istirahətini dayandıraraq Afinaya qayıdıb.