Subay qadınlar digərlərindən daha xoşbəxtdir

Son araşdırmalara görə, subay və uşağı olmayan qadınlar digərlərinə nisbətən daha xoşbəxtdir. 

London İqtisadiyyat Universitetində çalışan bədən dili üzrə professor Paul Dolan uğurun ailə və ya evliliklə bir bağlılığının olmadığı qənaətinə gəldiklərini bildirib: 

“Müşahidələrimiz və araşdırmalarımız nəticəsində bunu deyə bilərəm ki, əgər kişi və subaysınızsa, mütləq evlənməlisiz. Ancaq qadınsınızsa, özünüzü çox da məcbur etməyin. Çünki evlilik kişilərin həyatını bir çox sahədə asanlaşdırır, nizama salır. Ancaq evlənməmiş qadınlar digərlərinə nisbətən daha uzun yaşayır. Ən sağlam və xoşbəxt qadınlar evlənməyən qadınlardır”.

Professor son çap etdirdiyi “Happy Ever After” kitabında bir çox araşdırmalara əsasən subay, evli, boşanmış, ayrılmış, dul şəxsləri müqayisə edib. Nəticədə subayların xoşbəxtlik səviyyəsi evlilərə nisbətən daha yüksək olub. 

Ancaq onu da qeyd edib ki, qadınlarda yalnızlıqdan qorxma psixologiyası olduğundan, xoşbəxt olduqlarının fərqinə çox gec varırlar.