İsmayıllıda süni qiymət artımını kimlər idarə edir?

İsmayıllıda süni qiymət artımını kimlər idarə edir?

Təbiətin ismayıllılara bəxş elədiyi bu gözəl diyara əslində istirahət üçün gəlmişdim. İstirahətimi pozub əlimə qələm almağımın səbəbi İsmayıllı bazarında gördüyüm mənzərə oldu. Bazarda ümumi vəziyyət elədə ürəkaçan olmasada ən böyük problem qiymətlərin baha olması idi. Respublikamızın demək olar ki, bütün rayonlarında olmuşam indidə tez-tez ayrı-ayrı rayonlarda oluram. Amma İsmayıllıda olan qiymət bahalığı deyərdim ki,  respublikada ən yüksək zirvədədir. Elə fikirləşməyin ki burda insanlar çox varlıdır ona görə belə bahalıqdır, xeyr bu bahalıq sadəcə bəzilərinin daha da varlanması üçündür. Bazarda olan alverçilər elə fikirləşirlər ki, bunlar 10 manat yox 100 manat qazansınlar amma qonşununn uşağı meyvə və ət yeməsədə olar. Bir sözlə bazarda qiymətlər od tutub yanır. Bahalıq da süni bahalıq. Rayon sakinləri ilə biraz bu barədə müzakirələr apardım, qiymətlərin bu qədər baha olmasının səbələrini öyrənməyə çalışdım. İnanın ki eşitdiklərimdən dəhşətə gəldim. Sakinlər bildirirlər ki, bazarda bir qrup insan varki, özlərini sanki bir mafiya kimi aparırlar. Istədikləri vaxtı qiymətləri süni olaraq istədikləri qədər qaldırırlar. Etiraz etmək istəyəndə isə keçirlər hədə-qorxuya, şərə, böhtana və şantaj eləməyə. Müsahibim deyir ki, ətin qiymətini bunlar süni olaraq bu qədər qaldırdı 14 manata da ət olar? Özüdə bu antisanitariya şəraitində. Rayonda başqa yerlərdə kimsə bir az ucuz ət satmaq istədi həmin mafiya keçdi hərəkətə başladılar dövləti və dölətçiliyə bağlı insanları hədələməyə, şantaj eləməyə. Bunlar hamısı dövlətimizin, xalqımızın əleyhinə olan insanlardır. Hər istədiklərinə şantaj yolu ilə nail olmağa çalışırlar. Bir sözlə bazarı dövlət qanunları ilə, rəqabət mədəniyyəti ilə deyil mafiya qaydası ilə idarə edirlər. Ona görə də bazarda qiymətlər bu qədər bahalaşıb. Bizsə gözləyirik ki, rayonda açılması nəzərdə tutulan digər bazarda (Yaşıl Market bazar kompleksi) istifadəyə verilər. Bəlkə onda normal rəqabət ola qiymətlər qaydasına düşə. Bu kasıb insanlarda evlərinə meyvə, ət alıb apara bilə.

Bu insanlar hətda bazarın yanında qurulmuş saat meydanının da söküb avtodayanacaq etmək istəyirlər. Niyə? bunlar daha çox pul qazansınlar. Bir sözlə bu insanlara daha çox pul qazanmaq lazımdır əhaliyə isə sakitçilik, rahatlıq və təmizlik lazımdır.

Məndə əslən İsmayıllıdan olan, qəlbi daimi İsmayıllı ilə döyünən bir eloğlu kimi ellilərimin arzularına qoşuluram. İnşallah arzularınıza çatarsız və döğurdanda bazarın bahalığının səbəbi bu mafiya qanunlarıdırsa Allah onlarında ürəyinə bir insaf salar.

Vahid Xəlilov,

Veteran jurnalist