Hindistanda ağır qəza - 15 ölü, 35 yaralı

Hindistanda sərnişin avtobusu ilə yük maşını toqquşub. Bu barədə ölkənin NDTV kanalı məlumat yayıb. 

Hadisə Maharaştıra ştatında baş verib. Evrengabad- Shahada yolunda reallaşan qəzada 15 nəfər ölüb, 35 nəfər isə yaralanıb.