Prezident təqaüdü alan tələbələr hansı universitetdə oxuyur?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilməsi barədə Sərəncam imzalayıb.

Təhsil eksperti Etibar Əliyev 102 tələbənin bu universitetlərdə təhsil aldığını açıqlayıb.

O bildirib ki, ölkə başçısının imzaladığı bu sərəncam universitetlərin reytinqini müəyyənləşdirir.

Diqqət edin:

Tibb Universiteti - 25 nəfər;
Bakı Ali Neft Məktəbi - 23 nəfər;
UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) - 21 nəfər:
Bakı Dövlət Universiteti - 15 nəfər;
ADA Universiteti -7 nəfər;
Prezident Yanında İdarəçəlik Akademiyası - 7 nəfər
Neft və Sənaye Universitetinin nəzdində UFAZ - 1 nəfər;
Xüsusi təyinatlı Ali Təhsil müəssisələri-2 nəfər;
Naxçıvan Dövlət Universiteti-1 nəfər