İki ayağı olmayan 9 yaşlı qız tarixə düşdü

Körpə ikən yaxalandığı xəstəliyə görə iki ayağı kəsilən ingiltərəli Daisi-May Demetre Nyu-York moda həftəsində podyuma çıxıb.

9 yaşlı qız iki ayağı olmadan podyuma çıxan ilk şəxs kimi tarixə düşüb.

"Lulu et Gigi" markası üçün podyuma çıxan qızın atası övladı ilə fəxr etdiyini bildirib.

Qeyd edək ki, Demetrenin ayaqları qamış sümüyündə yaranan problemlərə görə kəsilib. O, 8 yaşında ikən Londonda uşaq moda həftəsinə qatılıb. Azyaşlını "Gigi" markasının təsisçisi Eni Heqedus-Buiron görüb və onu Nyu-York moda həftəsinə dəvət edib.