Nazir 1000 manatdan çox maaş alan müəllimlərin sayını açıqladı

Bu gün təhsil işçilərinin ənənəvi respublika konfransı keçirilir. Konfransında hesabat məruzəsi ilə çıxış edən Ceyhun Bayramov son illərdə ölkədə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu vurğulayıb. Nazir qeyd edib ki, növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur. 

Həyata keçirilən bütün tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırıb və 2019-cu ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. 

 Azərbaycan məktəbliləri son beş ildə 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla ümumilikdə 146 medal qazanıblar". 

Təhsil naziri bildirib ki, növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən artıq şagird əhatə edilməklə məktəblərdə STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək. Eyni zamanda növbəti tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır. İlkin olaraq müxtəlif bölgələr əhatə olunmaqla 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq. 

Nazir qeyd edib ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə 14 yeni tədris binasının tikintisi, 8 tədris binasının isə əsaslı təmiri həyata keçirilir. 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib və onların maaşı 2 dəfə artırılıb. Əməkhaqqı artımı davamlı xarakter daşıyır. Son artımdan sonra hazırda 5 mindən çox müəllimin əməkhaqqı min manatdan yüksəkdir.