ABŞ-ın Kabildəki səfirliyinin yaxınlığında güclü partlayış olub

ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyinin yaxınlığında güclü partlayış baş verib.

Partlayışdan sonra yaxınlıqdakı rayonlarda siqnalizasiya səsi eşidilib.

Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur. 

Hadisədə “Taliban” hərəkatının əlinin olduğu istisna edilmir.

Qeyd edək ki, bu gün “Əl-Qaidə” terror təşkilatının 2001-ci il sentyabrın 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində həyata keçirdiyi silsilə terror aktlarından 18 il ötür.

Terakt nəticəsində 2983 nəfər həlak olub. 24 nəfər hələ də itkin kimi qeyd olunur.